64d8af5c97f7e202308232428
Antarktida haqqında ən MARAQLI FAKTLAR

İnsanların çoxu Antarktida haqqında çox az məlumata sahibdir.

Buna görə də ən maraqlı faktları bir yerə toplayaraq, bunu dəyişmək qərarına gəldik. Bizə soyuq və uzaq olmasından başqa, Antarktida haqqında daha çox şey bilmək vaxtıdır.

Antarktida haqqında ən MARAQLI FAKTLAR1. Dünyadakı ən böyük səhra Antarktidadır.

2. Antarktida sürünən heyvanların olmadığı yeganə qitədir.

3. Antarktidadakı yüksək silsilələr mənfi 93.2 dərəcə ilə dünyanın ən soyuq yeri sayılır.

4.Antarktidanın bəzi bölgələrinə yağış və qar 2 milyon ildir ki, yağmayıb.

5. Antarktidada qırmızı şəlalə axır.

6. Dünyadakı təmiz suyun 90%-i Antaktidadadır.

Antarktida haqqında ən MARAQLI FAKTLAR7. Ağıl dişləriniz və appendisit götürülməyibsə, siz Antarktidada işləyə bilməzsiniz.

8. Antarktidada qütb ayısı yoxdur(Arktikada var), amma çox sayda pinqvin var.Antarktida saat qurşağı olmayan tək qitədir.

9. Antarktida dünyanın ən soyuq, hündür, küləkli və quru qitəsidir.

10. Antarktidada buz əriməsi həmin ərazinin cazibə qüvvəsinə təsir edib.

11. Çilinin Antarktidada məktəb, xəstəxana, hostel, poçt, İnternet, TV və mobil telefonun işlədiyi tam təchizatlı bir şəhəri var.

12. Antarktidanın buz təbəqəsi ən az 40 milyon ildir ki mövcuddur.

13. Antarktidanın altında Yer nüvəsi ilə buzlanmadan su halında qalan 300-dən çox göl var.

14. Antarktidada qeydə alınmış ən yüksək temperatur 14.5 dərəcə olub.

Antarktida haqqında ən MARAQLI FAKTLAR15. Erebus dağı Antarktidada olan ən aktiv vulkandır və buz kristalları püskürür.

16. Antarktida vaxtilə müasir dövr Bakısından daha isti olub.

17. Antarktidada ən az 7 Xristian kilsəsi mövcuddur.

18. Antarktidada olan elm adamı Tinder proqramı ilə 45 dəqiqə uzaqda kampda olan bir qızla tanış olub.

Antarktida haqqında ən MARAQLI FAKTLAR19. Bütün qitə buzla örtülüdür, ancaq 1%-lik hissəsi həmişə buzsuzdur.

20. Qeydə alınmış ən böyük Aysberq 11000 km2-dır və 2000-ci ildə qeydə alınmış bu Aysberq Yamaykadan daha böyükdür.

21. Buzun orta qalınlığı 1.6km-dir.

22. 1977-ci ildə Argentina qitənin bir hissəsini tələb etmək məqsədilə Antarktidaya hamilə qadın göndərib. Uşaq Antarktida anadan olmuş ilk insan olub.

23. Küləyin sürəti bəzi yerlərdə 320km/saat təşkil edir.

24. Antarktidada yalnız bir ATM mövcuddur.

13.08.2023 14:23
162

OXŞAR XƏBƏRLƏR