64d7f83b98ac8202308232307
Aparıcıdan "Xəzər TV"yə keçməsi xəbərlərinə reaksiya

ARB kanalında aparıcılıq edən Zaur Kamalın "Xəzər TV"yə transfer olunacağı haqda xəbərlər yayılıb.


Panarama.az axşam.az-a istinadən bildirir ki, məsələ ilə bağlı aparıcı açıqlama verib. Aparıcı bildirib ki, Xalq artisti, "Xəzər TV"nin rəhbəri Murad Dadaşovla görüşüb və söhbətləri olub:

"Bu xəbərin mətbuatda yayılmasını görəndə çox təəccübləndim. Yayılmasını istəməzdim, amma necə oldusa, yayıldı. Murad Dadaşovla görüşümüz olub. Yaxın vaxtlarda daha ətraflı açıqlama verəcəyəm".

13.08.2023 01:20
665

OXŞAR XƏBƏRLƏR