64d8a0296ddad202308231937
DİN-dən Qusar-Quba yolunda avtobusun aşması ilə bağlı MƏLUMAT

Panarama.az baku.ws-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qusardan Quba istiqamətində hərəkətdə olan "Temsa" markalı sərnişin avtobusu aşıb. Belə ki, Quba rayonunun Digah kəndi ərazisində sürücü Ravil Mahmudovun idarə etdiyi avtobus yoldan çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, avtobusda 22 nəfər olub. Ölən yoxdur.

13.08.2023 13:12
106

OXŞAR XƏBƏRLƏR