663533b68824d202405245758
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə - Ödəniş məbləğləri dəyişdi - QƏRAR

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. 

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyindən Qlobal.net-ə verilən xəbərə görə, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi. 

Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. 

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib: 

- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;

- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;

- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;

- Orta gərginlik üzrə 170 manat/kVt. 

Yeni tənzimləməyə əsasən məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir. 

tikinti obyektindən qoşulma nöqtəsinə kimi olan hissədə işlərin görülməsi tənzimlənmədiyi üçün icraçı ilə bağlanmış müqavilələr əsasında sifarişçinin vəsaiti hesabına həyata keçiriləcəkdir. 

Elektrik və təbii qaza qoşulmayla bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yaradacaq, enerji təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək. 

Qərarlar 3 iyun 2024-cü il tarixindən qüvvəyə minəcək. 

Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. 

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

03.05.2024 22:55
3121

OXŞAR XƏBƏRLƏR