66237316d6f8a202404244734
Göyçay sakini atasını döyərək öldürüb

Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.



Panarama.az referans.az-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.


Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.


Araşdırma aparılır.

30.04.2024 04:54
315

OXŞAR XƏBƏRLƏR