64d87ed051f24202308235720
Hər gün yumurta yeyənlərə XƏBƏRDARLIQ

Qidalanma mütəxəssisləri yumurtanı səhər yeməyi üçün ən yaxşı seçim hesab edirlər. Buna səbəb ilk növbədə onların tərkibində asanlıqla həzm olunan zülal və qiymətli mikroelementlərin yüksək olmasıdır. Lakin məlum olub ki, hər gün yumurtadan istifadə bir sıra xəstəliklərin yaranma riskini xeyli artırır.

Panarama.az xarici mediaya istinadən xəbərinə görə, Harvard Universitetinin İctimai Sağlamlıq Məktəbinin mütəxəssisləri müəyyən ediblər ki, gündə bir yumurta yemək sağlamlığa heç bir zərər verməyəcək. Bundan əlavə, immunitet sistemini gücləndirməyə, maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edəcəkdir. Ancaq hər gün iki yumurta yeyirsinizsə, zərər verə bilər. Alimlər 34 il ərzində araşdırmanın əvvəlində ciddi xroniki xəstəlikləri olmayan 215 min qadın və kişinin iştirak etdiyi araşdırmanın nəticələrinə əsasən belə qənaətə gəliblər.

Qidalanma Departamentinin sədri Frank Hunun dediyinə görə, səhər yeməyi üçün iki yumurta yeyə bilərsiniz, lakin həftədə bir və ya iki dəfədən çox olmamalıdır. O, izah edib ki, yumurta sarısının tərkibində çoxlu xolesterin var, bu maddənin qanda çox olması ateroskleroz və ürək-damar sistemi xəstəliklərinin yüksək riski ilə əlaqələndirilir.

13.08.2023 10:55
134

OXŞAR XƏBƏRLƏR