64d879f69762f202308233638
Məşhur müğənni botoksdan sonra üzündəki dəyişikliklərdən şikayətlənib

Amerikalı pop müğənni Britni Spirs botoks iynəsi vurdurmaqdan imtina edib.

O, bu barədə özünün “Instaqram” səhifəsində məlumat verib.

B. Spirsin dediyinə görə, o, botoksla bağlı xoşagəlməz təcrübə keçirib.

Ulduz müğənni bildirib ki, o iynəni vurandan sonra alnı şişib, göz qapaqları sallanıb və bir qaşı digərindən aşağıya enib.

Bundan əlavə, B. Spirs inyeksiya nəticəsində yaranan göyərmələrdən də şikayətlənib.

Müğənni əlavə edib ki, düşdüyü vəziyyətdən sonra iki həftə evdən çıxa bilməyib və o vaxtdan inyeksiyalardan imtina etmək qərarına gəlib.

13.08.2023 10:35
147

OXŞAR XƏBƏRLƏR