64d87ab239cc0202308233946
Qalmaqallı məşhur cütlük AYRILDI

Türkiyə serial reytinqlərində ön sıralarda yer alan "Yalı Çapkını" serialında əsas rolları canlandıran aktyorlar Mert Ramazan Demir və Afra Saraçoğlu sevgi münasibətlərini bitiriblər.

Panarama.az. milli.az-a istinadən xəbər verir ki, cütlük arasında ilk olaraq dostluq münasibətləri yaranıb. Bu yayın əvvəlində isə onlar çıxdıqları yay tətilində kameraların obyektivinə öpüşərkən yaxalanıblar.

Türkiyə mediasında yayılan xəbərlərə görə, onlar artıq ayrılıblar. Qardaş ölkənin TV-lərinin birində yayımlanan "2. Sayfa" proqramında yer alan xəbərə görə, yaşadıqları az müddətli eşq ilə gündəmə gələn cütlük kameralardan uzaq gəzmələri ilə diqqət çəkiblər. Onların bunu reklam xatirinə etdiyi önə sürülüb. Tərəflər bu barədə heç bir açıqlama verməyiblər.

Qeyd edək ki, aktrisa Afra Saraçoğlu daha öncə Mert Yazıcıoğlu ilə dörd illik sevgi münasibətini bitirərək rol yoldaşı Mert Ramazanla eşq yaşamağa başlamışdı.

13.08.2023 10:36
107

OXŞAR XƏBƏRLƏR