662d703e71bd1202404243806
Xəyalənin yaşı hər kəsi təəccübləndirdi - FOTO

"Yaş qadının ən böyük sirridir deyiblər".

Panarama.az Bizimshow.az-a istinadən xəbər verir ki, aktrisa Xəyalə Quliyeva "İnstagram" hesabındakı paylaşımında qeyd edib.

Doğum gününü qeyd edən sənətçi yaşını da açıqlayıb:

"Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım. Xoş gəldin 44. Sevincinlə, sevginlə, uğurunla gəl. Yaxşı ki doğulmuşam".

Xəyalənin yaşı sosial şəbəkə izləyiciləri tərəfindən təəccüblə qarşılanıb. Çoxları ona bu yaşı vermədiklərini, onun yaşından çox gənc göründüyünü yazıblar.

Qeyd edək ki, uzun illərdir ki, "Qız atası" serialındakı Təhminə obrazı ilə sevilən Xəyalə, eyni zamanda, "Komedixana"nın aparıcı aktrisası kimi tanınır.

Fotoları təqdim edirik:

Xəyalənin yaşı hər kəsi təəccübləndirdi, GÖRÜN NEÇƏ YAŞI var– FOTOXəyalənin yaşı hər kəsi təəccübləndirdi, GÖRÜN NEÇƏ YAŞI var– FOTO

28.04.2024 01:34
1259

OXŞAR XƏBƏRLƏR