6641d9d6d558c202405241358
11-ci sinif şagirdi faciəvi şəkildə öldü - FOTO

Sumqayıtda məktəblinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində minik avtomobili 2006-cı il təvəllüdlü Aydan Həbibovanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, Aydan Həbibova Sumqayıt şəhəri Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi olub. O, ötən ay keçirilən buraxılış imtahanında 227 bal toplayıbmış.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

13.05.2024 13:13
645

OXŞAR XƏBƏRLƏR