ABŞ-nin Texas ştatında yaşayan Elizabet Frensis bu yaxınlarda 114 yaşını qeyd edib.
Panarama.az Valyuta.az xəbər verir ki, ştatın ən yaşlı adamı ünvanına sahib olan Frensis heç vaxt xərçəng və ya ürək xəstəliyindən əziyyət çəkməyib.
Hyustonda 90 yaşlı qızı ilə yaşayan Frensis deyir ki, sağlamlığını müəyyən vərdişlərə borcludur . İyulun 25-də 68 yaşlı nəvəsi Ethel Harrisonun ad gününü qeyd edən və mətbuata açıqlama verən Frensis uzun yaşamasının sirlərini açıqlayıb. Bunların arasında qidalanma vərdişləri mühüm yer tutur. Çünki Frensis 114 illik həyatında hər yeməyi yeməməyə diqqət etdiyini və həmişə ev şəraitində hazırlanan qidalardan istifadə etdiyini bildirib. Həyətində qara kələm, yerkökü kimi tərəvəzlər yetişdirən yaşlı qadın onları yığandan dərhal sonra evə gətirdiyini və bişirdiyini bildirib.
"Daily Mail"də yer alan məlumatlara görə, Frensisin daha bir sirri gəzməkdir. Yaşlı qadın 90-cı illərin əvvəllərinə qədər həmişə gəzintiyə çıxdığını bildirir. 20 il televiziya kanalının bufetində çalışan qadın uzun ömür sürməsinin bir qədər də nikbinliyindən qaynaqlandığını düşünür. Dindar olan Frensis həmişə stresdən uzaq olmağa çalışdığını deyib Ondan məsləhət istəyənlərə isə, “Ağlınızda olanı danışın və dilinizi saxlamayın. Allah sənə dil veribsə, ondan istifadə et" - deyir.
O, 115 yaşını nəvəsi və qızı ilə qeyd etməyə ümid bəsləyir.