Xəbər verdiyimiz kimi, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Panarama.az Sfera.az-a istinadən bildirir ki, bu gün 12 il əvvəl də Qazaxıstanda təyyarə qəzası baş verib.
Belə ki, 2012-ci il dekabrın 25-də Şımkent yaxınlığında Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə məxsus Rusiya istehsalı olan An-72 təyyarəsi enişə hazırlaşan zaman radarlardan itərək qəzaya uğrayıb.Göyərtədə olan 27 nəfərin hamısı həlak olub. Qəza nəticəsində sərhəd xidməti idarəsinin başçısı vəzifəsini icra edən polkovnik Turqanbek Stambekov da həyatını itirib