Yasuo Takamatsu 2011-ci ildə sunamidə itkin düşmüş arvadını hələ də axtarır.
Panarama.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Takamatsu hər həftə sonu dalğıc paltarı geyinərək arvadını tapmaq ümidi ilə okean sularına baş vurur. Hələlik heç bir nəticə hasil olmasa da, Takamatsu ümidini itirmir./lent.az