66c132c46da9e202408243116
14 yaşlı Nərminə Kazımovanın müəmmalı ölümü: Anası qızının orqanlarının götürüldüyünü deyir

Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, həkimlər qıza həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib.

Qızın anası İlhamə Əliyevanın sözlərinə görə, sınıqçı uşağının barmağında vətərini partlatmışdı: "Həkim onu müalicə etdikdən sonra əməliyyat etməyə qərar verib. Narkozu artıq verdiyindən balam o dəqiqə keçinib. Uşağımın bədənini yarıq-yarıq hala salıblar, bütün orqanlarını götürüblər".

Qızın nənəsi Tellər Əliyeva bildirir ki, həkim uşağın çəkisini çəkmədən ona həddindən artıq narkoz vurub, qızın da ürəyi yatıb.

Yevlax Rayon Mərkəzi Xəstəxanasından baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, N.Kazımova xəstəxanaya bilək və əlin digər hissələrinin əzilməsi oynaqların təsnif olunmayan digər zədələnmələrin diaqnozu ilə daxil olub:

"O, əlin digər barmağının onun vətərinin, bilək və əl səviyyəsində travmasının bərpası əməliyyatı üçün hazırlanıb. Geniş narkoz zamanı verilən dərmana ani olaraq aneflaktikşok etmiş, aparılan reanimasiyon tədbirlərə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb".

Faktla bağlı rayon prokurluğunda araşdırmalar davam etdirilir.

***

19:00

Yevlaxda əməliyyat zamanı 14 yaşlı yeniyetmə qız həyatını itirib.

"Unikal"ın məlumatına görə, hadisə rayon xəstəxanasında baş verib.

2010-cu il təvəllüdlü Nərminə Vüsal qızı Kazımova cərrahi əməliyyat zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Ətraflı Baku TV-nin süjetində:

18.08.2024 01:19
424

(MGID): :
OXŞAR XƏBƏRLƏR