150 manat bir günümə bəs etmir - Əməkdar artist şikayətləndi
"Əməkdar artist" fəxri adına görə ayda 150 manat alıram.O pul isə mənə heç bir gün də bəs etmir".
Panarama.az Qlobal.net-ə istinadən xəbər verir ki, sənətçi bu barədə "Tarixin bir günü" verilişində çıxışı zamanı danışıb.
Qarmon ifaçısı bildirib ki, aldığı məvaciblə dolana bilmir: "55 ildir bu sənətdəyəm. Köhnə nəsil qarmon ifaçılarından birinci mən çıxmışam. Ehtiyacım var ki, deyim, heç olmasa mənə Prezident təqaüdü versinlər. Qocalanda heç kimə möhtac olmayım. Axı sənətim var, dolanmalıyam. Mənim yaşım var, bu təqaüdü verməlidirlər. Amma vermirlər. İndi buna görə dava etməyəcəyəm ki...".