655b9dc12bafa202311235617
16 yaşlı Gülşənin bu bacarığı hər kəsi təəccübləndirdi - VİDEO

Lənkəran rayonunun Viravul kənd 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Gülşən Feyziyevanı həmyaşıdlarından fərqləndirən onun 10-dan çox xarici dili öyrənməyə maraq göstərməsidir.

12 dildə öz fikrini ifadə edə bilən Gülşən Feyziyeva ingilis və rus dillərindən başqa, Asya xalqlarının dillərinə də maraq göstərir. Gülşən deyir ki, o poliqlot, tərcüməçi olmaq istəyir.

“Əvvəl Koreya dilini öyrənməyə həvəs yarandı və beləliklə, onun öhdəsindən gəldim. Əslində Koreya dilini öyrənəndə çoxlu çətinlik çəkdim. Çünki onların əlifbasını öyrənmək çətindir, bir neçə qrupa bölünür. Onları hissə-hissə öyrənməyə başladım. Daha sonra yapon dilinə marağım artdı”.

Hazırda 10-cu sinifdə təhsil alan şagirdin maraq göstərdiyi dillər arasında erməni dili də var. İstedadlı şagird deyir ki, düşmənin dilini bilmək vacibdir. O, işğaldan azad olunan Qarabağ haqqında məlumatları erməni dilində internet vasitəsilə dünyaya çatdırmaq istəyir.

Dilin öyrəndiyi 12 ölkə arasından ABŞ, Yaponiya və Cənubi Koreyaya səyahət etməyi, ABŞ-da isə təhsil alaraq, biznes qurmaq istədiyini söyləyən Gülşən hesab edir ki, dünya xalqlarının dilini öyrənmək, həm də fərqli mədəniyyətlər, tarixlər və insanlar tanımaq deməkdir./qlobal.net

Gülşən uğurları ilə bağlı hazırlanan sujeti təqdim edirik:

20.11.2023 21:55
352

(MGID): :
OXŞAR XƏBƏRLƏR