Rusiyada şaurmadan kütləvi zəhərlənmə olub.
Panarama.az Lent.az-a istinadən Rusiya yerli mediasından verdiyi məlumata görə hadisə Vladimir şəhərində baş verib. Şaurma iaşə məntəqələrinə gələn 17 nəfər arasında kəskin bağırsaq infeksiyası ilə bağlı bildirişlərin alınması ilə əlaqədar sanitar-epidemioloji araşdırmalara başlanılıb. İlkin məlumata görə, zəhərlənənlərin hamısı şauarma yeyib. Mütəxəssislər nümunələr götürmək üçün ərazilərə gediblər.
Hazırda araşdırma aparılır.