6641190d22e83202405243125
17 yaşlı qız müəmmalı şəkildə dünyasını dəyişdi: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
Bakıda qabırğa ağrısı şikayəti ilə xəstəxanaya aparılan 17 yaşlı qız iki gün sonra tibb müəssisəsində vəfat edib.

Panarama.az Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Qəsəbə sakini Ümüd Quliyev deyir ki, qızı Nuranə Quliyevanı bu il fevralın 5-də Maşdağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına aparıb. İki gün sonra, fevralın 7-də qızı dünyasını dəyişib. Ümüd Quliyev iddia edir ki, həkimlər adı bilinməyən iynələri vurduğu üçün qızı dünyasını dəyişib.

Ata qızı xəstəxanda olduğu 2 gün boyunca həkimin tapşırdığı iynə-dərmanların hamısını alaraq xəstəxanaya çatdırdığını deyir.

Ata Ümüd Quliyevin sözlərinə görə, qızı dünyasını dəyişəndə heç həkim xəstəxanada olmayıb, təlimatları tibb bacısına telefonla verib. Valideynləri dərhal gənc qızın cansız bədənini Məhkəmə-Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinə  aparıblar. Ekspertizanın nəticəsinə görə, ölüm səbəbi beyinə qansızması olub.

Ata deyir ki, Sabunçu Rayon Prokurorluğunun araşdırmasında isə açıq şəkildə qeyd olunub ki, tibb bacısı xəstəyə adını bilmədiyi iynəni vurub.

Dəqiq məlumatı öyrənmək üçün hadisənin baş verdiyi ünvana - Maştağada yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yollandıq. Lakin xəstəxanada suallarımızı cavablandırın biri tapılmadı.

Ümüd Quliyev isə tələb edir ki, həqiqət ortaya çıxmalı və səbəbkarlar cəzalandırılmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


12.05.2024 22:35
691

(MGID): :
OXŞAR XƏBƏRLƏR