66e541021fcb3202409245338
18 yaşlı qadının bıçaqlanmasının yeni DETALLARI: 15 yaşlı oğlanla qeyri-rəsmi nikahda olub

Gəncədə 18 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlanmasının bəzi detalları məlum olub.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, A.Əmiraslanova və M.Əmiraslanov etnik olaraq qaraçıdırlar.

Məsələdə şokedici detal isə M.Əmiraslanovun 15 yaşının olmasıdır.

Cütlük bir müddət qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.



***

Gəncədə 18 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlanmasının bəzi detalları məlum olub.

Oxu.az xəbər verir ki, hər iki şəxs Yevlax şəhər sakinidir. Cütlük bir müddət əvvəl boşanıb. Qadın boşanmadan sonra başqa bir şəxslə yaşayırmış.

Hadisə günü M.Əmiraslanov gecə saatlarında Gəncə şəhərində A.Əmiraslanovaya üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirib.

Xatırladaq ki, ötən gün Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. 18 yaşlı A.Əmiraslanova mübahisə zəminində çox sayda bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

14.09.2024 11:51
268

(MGID): :
OXŞAR XƏBƏRLƏR