665186cf6975b202405243559
18 yaşlı qız ərə getmək üçün evdən qaçdı

Cəlilabadda itkin düşən qız Tovuz rayonunda tapılıb.

Panarama.az Redaktor.az-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Alar kənd sakini, 2006-cı il təvəllüdlü Nahidə Xəyal Qızı Zeynalovanın mayın 17-də yaşadığı evdən çıxaraq naməlum istiqamətə getməsi ilə bağlı polisə müraciət daxil olub.

 

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində onun Tovuz rayonunda olduğu müəyyən edilib. O, ailə qurmaq məqsədilə könüllü şəkildə getdiyini bildirib.

25.05.2024 10:35
519

(MGID): :
OXŞAR XƏBƏRLƏR