Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu hərbi helikopter Avstraliyanın şimalında Predator's Run 2023 təlimi zamanı qəzaya uğrayıb. Qəza zamanı itkin düşən əsgərlərin axtarışları davam edir.
Panarama.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, “Predator's Run 2023” təlimləri zamanı hərbi helikopterlə bağlı insident baş verib: “İlkin məlumatlara görə, insident zamanı ABŞ Müdafiə Nazirliyinin əməkdaşları xəsarət alıb. Avstraliya hərbçiləri helikopterdə olmayıb".
Hadisə yerində xilasetmə işləri davam edir.
Zərərçəkənlərlə bağlı məlumat verilmir.