64ff28edf0a6d202309234917
2023/2024-cü tədris ili 15 sentyabrda başlayır, 14 iyunda başa çatacaq

2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.

Panarama.az  report-a istinadən xəbər verir ki, bu barədə yeni tədris ilinin başlanması barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrində bildirilib.

Əmrdə qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.

Eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb.Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.

11.09.2023 18:48
280

(MGID): :
OXŞAR XƏBƏRLƏR