65cb730b6dd23202402244755
25 yaşlı oğlan ata-anasını və qardaşını ÖLDÜRDÜ - Bakıda FACİƏ

Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.

 

Panarama.az bildirir ki, bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 

Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

13.02.2024 16:09
1056

OXŞAR XƏBƏRLƏR