668fa4a533831202407242349
33 yaşlı qadın öldürüldü: Qaynı saxlanıldı

Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü Sədaqət Rauf qızı İbrahimovanın kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Panarama.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qaynı, 1995-ci il təvəllüdlü Azər Rəşid oğlu İbrahimov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır./oxu.az 

05.08.2024 09:45
452

(MGID): :
OXŞAR XƏBƏRLƏR