34 il əvvəl yoxa çıxan, diametri 1,2 km-ə qədər olan təhlükəli asteroid Yerə yaxınlaşır.
Panarama.az xəbər verir ki, bu barədə "NASA"nın Yerə yaxın obyektlərin tədqiqi mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, asteroid oktyabrın 3-də Yerə minimum məsafədə yaxınlaşacaq. Eyni zamanda, alimlər Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən obyektləri potensial təhlükəli hesab edirlər.
Qeyd edilir ki, asteroid 20,96 km/san sürətlə hərəkət edir, diametri isə 520-1200 m-ə çata bilir. O, ilk dəfə 1989-cu ildə müşahidə olunub, bundan sonra cisim 34 ilə yaxın müddətdə yoxa çıxıb./lent.az