6667287889e62202406242320
3909 müəllimin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Xəbər verdiyimiz kimi, iyunun 8-də ötənilki sertifikasiyadan kəsilən müəllimlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, imtahanda 7296 müəllim iştirak edib. Bunlar 2023-cü ildə keçirilmiş sertifikatlaşdırmanın test imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləridir.
 

İlkin nəticələrə əsasən, iyunun 8-də ölkə üzrə 3424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməyib.

Viral.az xatırladır ki, bu sözügüdən müəllimlər üçün sonuncu şans idi. Çünki təkrar sertifikatlaşdırmadan da keçid balını toplaya bilməyən təhsilverənlər prosesdən  keçməmiş hesab olunurlar.
 

Təkrar sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv ediləcək.
 

Qeyd edək ki, sertifikatlaşdırmanın test mərhələsində iştirakçılara 120 dəqiqə vaxt ayrılır. Test imtahanında 60 baldan ən azı 30 bal toplamış müəllimlər keçid balını toplamış hesab edilərək, müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə mərhələsində isə hər bir müəllimə 20 dəqiqə vaxt ayrılır. 40 baldan ən azı 20 bal toplamış müəllimlər həmin mərhələdən keçmiş hesab edilirlər.
 

Qaydalara görə, sertifikatlaşdırmanın test və müsahibə mərhələsindən keçə bilməyən müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.

10.06.2024 20:22
1049

OXŞAR XƏBƏRLƏR