65086951c40df202309231425
4 günlük iş sistemi sınanacaq

2024-cü ildə Almaniyada dörd günlük iş həftəsi modelinin tətbiqi planlaşdırılır.

Panarama.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkətlər cümə axşamından etibarən Berlində "Intraprenör" məsləhət firması tərəfindən həyata keçiriləcək layihəyə müraciət edə biləcəklər. Firmanın dörd günlük iş həftəsi sistemini sınaqdan keçirmək üçün layihədə ən azı 50 şirkətin iştirak etməsi nəzərdə tutulur.

Layihə zamanı şirkətlər ekspertlərlə məsləhətləşə, yeni üsulları sınaqdan keçirə və bir-biri ilə fikir mübadiləsi apara biləcəklər. Layihənin sonunda nəticələrin Münster Universiteti tərəfindən qiymətləndirilməsi gözlənilir.

Altı ay müddətinə planlaşdırılan layihədə 100 faiz məhsuldarlıq, 80 faiz iş vaxtı, 100 faiz ödəmə modeli tətbiq olunacaq. Həftədə dörd gün işləmək üçün gündəmdə olan digər modellərdə isə iş vaxtı ilə birlikdə ödənilən maaşların azaldılması nəzərdə tutulur./big.az

18.09.2023 19:13
231

(MGID): :
OXŞAR XƏBƏRLƏR