(MGID): :
68256e1de1a3b202505253125
40 gündür axtarışda olan Aytacın meyiti TAPILDI... VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə Kür çayında aşkarlanan avtomobil və içindəkilərin axtarışı zamanı qadın meyiti tapılıb.

Panarama.az 24News.ge portalına istinadla xəbər verir ki, tapılan meyit ekspertizaya göndərilib.

Ekspertiza nəticələrinə əsasən, meyitin 40 gün əvvəl itkin düşən Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya aid olduğu müəyyən edilib.

Qeyd edək ki, Aytac Məmmədova ötən ay itkin düşmüş və aparılan axtarışlar nəticə verməmişdi.

Hadisə ilə bağlı araşdırma davam edir.


 


14 may, 16:04 


 Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur ki, xəbər yoxdur. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədova aprelin 1-də Tbilisidə itkin düşüb. Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar Tbilisidə yaşayıb. Ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra Aytac anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib. "Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. "Gecən xeyrə qalsın. Səni öpürəm, heç nəyə üzülmə, sən yaxşı şeylərə layiqsən", - deyirdi. Bir dəqiqə keçməmiş zəng edəndə, cavab vermədi", - deyə itkin düşən qızın anası Elza Omarova söyləyib. Aytac Məmmədovanın Tbilisidə Kür çayına düşdüyü ehtimal edilir və axtarışlar həm quruda, həm də suda davam etdirilir. Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Aytac Məmmədovanın axtarışları istiqamətində bütün lazımi tədbirlər görülür. Daha ətraflı Baku TV-nin videomaterialında:
15.05.2025 08:28
422

(MGID): :
OXŞAR XƏBƏRLƏR