652527a3175a2202310232955
40 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ! - Bu yoldan istifadə edənlənlərin NƏZƏRİNƏ!

Bakı-Sumqayıt yolu üzrə hər iki istiqamətdə avtobus zolağı çəkilib. Məqsəd magistral yolda pik saatlarda sıxlıq zamanı vətəndaşların rahat mənzil başına çatmasını təmin etməkdir.

 

Avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın maneəsiz hərəkət etməsinə hesablansa da bəzi sürücülər buna problem yaradırlar.

 

Belə ki, avtobuslar üçün çəkilmiş zolağa daxil olan sürücülər ictimai nəqliyyatın hərəkətinə maneə yaradır və avtobusların da tıxacda qalmasına səbəb olurlar.

Lakin avtobus zolağına daxil olan sürücülər inzibati xəta törətmələrindən xəbərsizdirlər.

 

Panarama.az-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli BAKU.WS-ə bildirib ki, avtobus zolağına daxil olaraq qanunun tələbini pozan sürücülər cərimə olunacaqlar:

 

"Avtobus zolağına daxil olmuş digər nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarını pozmuş olurlar. Qaydaları pozan sürücüləri 327.1 maddəsi ilə 40 manat cərimə gözləyir”.

10.10.2023 14:28
331

(MGID): :
OXŞAR XƏBƏRLƏR