64ea104cbd951202308234636
5 il əvvəl öldürülən aparıcının cəsədi tapıldı - Foto
Hindistanın Korba şəhərinin polisi 2018-ci ilin sonunda itkin düşən teleaparıcı Salma Sultana Laşkarın qalıqlarını magistral yolun altından tapıb.

Panarama.az axşam.az-a istinadən  xəbər verir ki, bu barədə "Indian Express" qəzeti məlumat yayıb.

Bildirilib ki, onun nəşi ədyala bükülmüş vəziyyətdə tapılıb. Ölümü zamanı Laşkarın təxminən 30 yaşı var idi.

Polis hesab edir ki, Laşkar 2018-ci ilin oktyabrında 37 yaşlı fitnes təlimatçısı olan sevgilisi tərəfindən öldürülüb. Daha sonra o, iki şərikinin köməyi ilə cəsədi bir ildən sonra magistral yolun tikintisinə başlanılan kimsəsiz ərazidə gizlədib. Cinayətin mümkün səbəbi maliyyə fikir ayrılıqları olub.

Artıq hər üç şübhəli şəxs həbs edilib.

26.08.2023 18:43
2520

(MGID): :
OXŞAR XƏBƏRLƏR