Panarama.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Indian Express" qəzeti məlumat yayıb.
Bildirilib ki, onun nəşi ədyala bükülmüş vəziyyətdə tapılıb. Ölümü zamanı Laşkarın təxminən 30 yaşı var idi.
Polis hesab edir ki, Laşkar 2018-ci ilin oktyabrında 37 yaşlı fitnes təlimatçısı olan sevgilisi tərəfindən öldürülüb. Daha sonra o, iki şərikinin köməyi ilə cəsədi bir ildən sonra magistral yolun tikintisinə başlanılan kimsəsiz ərazidə gizlədib. Cinayətin mümkün səbəbi maliyyə fikir ayrılıqları olub.
Artıq hər üç şübhəli şəxs həbs edilib.