Bu resept ilk dəfə 1972-ci ildə qədim Tibet monastrında tapılıb. Ən maraqlısı odur ki, bu reseptin 5000 il yaşı var. Qədim və sınanılmış olmasına baxmayaraq, onu ehtiyatla qəbul etmək lazımdır.Ekspertlərin fikrinə görə, bu resept 5 ildən bir tətbiq edilməlidir.
Panarama.az xəbər verir ki, sarımsaq bu dərmanın əsas tərkib hissəsidir. Onun tərkibində olan allisin maddəsi güclü antibakterial xüsusiyyətə malikdir. Bu maddə virus, göbələk və parazit əleyhinə təsir göstərir.
Bu təbii maddənin ateroskleroz, ağciyər xəstəlikləri, impotensiya, sinusit, hipertoniya, artrit, revmatizm, qastrit, babasil və s. xəstəliklərdə müsbət təsir etdiyi məlumdur. Sarımsaq həmçinin çəki azalması, görmənin, eşitmənin bərpası və maddələr mübadiləsi proseslərində güclü təsirə malikdir.
Dərmanı hazırlamaq üçün 350 qr. sarımsaq və 200 ml 95%-li spirt tələb olunur.
Hazırlanması:
Sarımsağı xırdalayaraq spirtlə qarışdırın. Qarışığı şüşə butulkaya tökün. 10 gündən sonra mayeni süzərək sarımsaqdan ayırın. Mayeni yenidən butulkaya tökün. Sonra soyuducuda 2 gün saxlayın.
1 stəkan suya bir neçə damcı əlavə edərək qəbul olunmalıdır. Belə ki, 1 damcı səhər yeməyindən əvvəl, 2 damcı nahardan əvvəl, 3 damcı isə şam yeməyindən əvvəl qəbul edilməlidir. Qarışığı 12 gündən artıq istifadə etmək olmaz. /medicina.az