5 yaşlı uşağın ov tüfəngi ilə təsadüfən vurduğu 2 yaşlı bacısı öldü.
Panarama.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Batmanın Sason rayonunda atasının ov tüfəngi ilə oynayan uşaqlardan biri təsadüfən açılan atəş nəticəsində yaralanıb. Xəstəxnaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.