68908442a1a77202508255826

6 aylıq körpə infarktdan öldü

04 Avqust 2025
55

Sumqayıtda körpə vəfat edib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə avqustun 2-si saat 17 radələrində şəhərin 10-cu məhəlləsində yerləşən Sumqayıt Şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.

 

Sumqayıt şəhər sakini 07.02.2025-ci il təvəllüdlü Alparslan Elməddin oğlu Cəfərli xəstəxanada infarktdan ölüb.

 

Faktla bağlı araşdırma aparılır.