75 yaşlı qadını öldürüb su quyusuna atdı - Tamah məqsədilə törədilən cinayətin DETALLARI... VİDEO /FOTO
Naxçıvanda baş vermiş cinayətin təfərrüatı məlum olub.
Belə ki, aprelin 22-də Şərur rayonunun Oğlanqala kəndindəki su quyusundan qadın meyiti aşkarlanıb.
75 yaşlı qadının həmkəndlisi tərəfindən öldürülərək quyuya atıldığı ehtimal edilir.
"Su qabını bizə qoymuşdu ki, gəlib götürəcəyəm. Getdim onlara, gördüm ki, qapıya bir qıfıl vurub, halbuki o, həmişə iki qıfıl vurardı. Həyətlərindən boylandım, evin işığı yanırdı. Qohumlarına zəng etdim ki, iki gündür evə gəlmir", - deyə qonşu bildirib.
Ətraflı Baku TV-nin süjetində:
23 aprel, 12:05
Naxçıvanın Şərur rayonunun Oğlanqala kənd sakini, 75 yaşlı Zeynəb İsmayılovanı qətlə yetirməkdə şübhəli bilinənin kimliyi məlum olub. Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin birgə məlumatına görə, araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.
Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
11:48
Naxçıvanda dəhşətli cinayət törədilib. Panarama.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Şərur rayonunun Oğlanqala kəndində qeydə alınıb.
Kənd sakini, 75 yaşlı Zeynəb İsmayılova dəmir parçası ilə qətlə yetirilib.
Hadisədən sonra onun meyiti kənd ərazisindəki quyuya atılıb.
Daha sonra itkin düşən qadının yaxınları onu axtarmağa başlayıblar. 75 yaşlı qadının meyiti kənd ərazisindəki quyudan tapılıb.
Polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən iki qadın saxlanılıb.
Saxlanılan qadınlar mərhumun həmkəndliləridir. Onlar tamah məqsədilə qadını öldürüb quyuya atıblar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
