Mərhum rokçu Erkin Korayın qızı Damla Koray etdiyi etirazla diqqət çəkib.
Panarama.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o atasının uzun illərdir üzvü olduğu Türkiyə Musiqi Əsərləri Sahibləri Birliyinə (MESAM) üsyan edib.
Buna səbəb qurumun Erkin Korayın vəfatı ilə bağlı onun ailəsinə başsağlığı verməməsi olub.
Damla mövzu ilə bağlı paylaşımında bunları qeyd edib:
"Atam bu evdə normal otura bilmədi. Əvvəlcə özünə xüsusi masas düzəltdirdi. Bir neçə ayda ilk dəfə bu masada oturub sadəcə dayanmağı bacardım. Belə bir böyük və dəyərli sənətkarın vəfatı ilə əlaqədar başsağlığı verməməyiniz məni kədərləndirir, MESAM”.
Xatırladaq ki, 82 yaşlı Erkin Koray uzun müddət idi ki, süni tənəffüs aparatına qoşulu vəziyyətdə yaşayırdı. O, ağciyərlərində yaşadığı problem səbəbi ilə avqustun 7-də dünyasını dəyişib.