6561afd082d15202311232656
9 yaşlı nəvəsini itirən Cığatel ağır faciədən danışdı - VİDEO

Şairə Cığatel İsaqızı yaşadığı faciədən sonra ilk dəfə verilişə  qonaq olub.

Panarama.az  xəbər verir ki, "Rəngarəng" proqramında onun qəzada həyatını itirən nəvəsi Süleymanın görüntüləri nümayiş olunub.

Bu zaman şairə göz yaşlarını saxlaya bilməyib. Efir zamanı o hadisənin necə baş verməsindən danışıb. Doqquz yaşlı nəvəsini faciəvi şəkildə itirən şairə hönkür-hönkür ağlayıb.

Qeyd edək ki, bu ilin avqustun 6-da Süleymanın vəfat etdiyi qəza Ələt-Astara magistralın 38-ci km-də, Salyandan keçən hissəsində qeydə alınıb.

“Nissan” və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən - Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.Sürücünün oğlu, 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Azyaşlı qızı Cığatel də xəsarət alıb.Qəzaya düşən Qasımov Ayaz Camal oğlu şairə Cığatel İsaqıznın oğlu, Qasımov Süleyman və Qasımova Cığatel isə onun oğul nəvələridir./baku.ws

Ətraflı videoda:


25.11.2023 12:26
1575

(MGID): :
OXŞAR XƏBƏRLƏR