6526e575a88cb202310231205
Abbas heç vaxt göstərmədiyi halını nümayiş etdirdi - Foto

Əməkdar artist Abbas Bağırov bir vaxtlar xeyli çəki almasından, arıqlamaq üçün bir çox üsullara əl atmasından bəhs edib.

Panarama.az axşam.az-a istinadən xəbər verir ki, müğənni izləyicilərinə məsləhətlər verib. O, onu kökəldən səbəbləri sadalayıb:

"Fərqli eksperimentlər etdim: həm kökəldim, həm də arıqladım. Amma hər gözəl və faydalı nəticənin səbəbkarı hər bir insanda olan iradədir. Şükür, o iradə bu gün də məni istədiyim və tam sağlam şəkildə məqsədimə çatdırdı. Necə?
Yeməyinizə, yuxunuza fikir verin. Ziyanlı vərdişlərdən (fast-food qidalar) uzaq olun. İdman və peşəkarlarla məşq edin. Siqaret və spirtli içkilərdən uzaq olun".

Bağırov ən kök halının və heç vaxt yayımlamadığı şəklini izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, Abbas 40 kiloqram çəki atdığını bildirib.


11.10.2023 22:11
502

(MGID): :
OXŞAR XƏBƏRLƏR