6602ce2606642202403243118
ABŞ-də magistral körpü uçdu, maşınlar suya düşdü - Video

ABŞ-nin Baltimor şəhərində gecə saatlarında yük gəmisinin körpüyə çırpılması nəticəsində “Frensis Skott Key” körpüsü çöküb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, toqquşmadan sonra gəmi alovlanıb və batıb.

Körpünün uçması bir neçə avtomobilin Patapsko çayına düşməsinə səbəb olub. Hazırda itkilər barədə dəqiq məlumat yoxdur, lakin xilasedicilər suda olduğu güman edilən azı 7 nəfəri axtarır.

Qeyd edək ki, dörd zolaqlı, 1,6 mil (2,6 km) körpü Patapsko çayını əhatə edir.


26.03.2024 17:30
390

(MGID): :
OXŞAR XƏBƏRLƏR