(MGID): :
682865e1bd4b5202505253305
ABŞ “Qızıl qübbə”nin yaradılmasına 1,5 trilyon dollardan çox pul xərcləyəcək

ABŞ Prezidenti Donald Trampın təklif etdiyi “Qızıl qübbə” - raketdən müdafiə sisteminin yaradılması Birləşmiş Ştatlara 1,5 trilyon dollardan baha başa gələcək.

Bu barədə ABŞ Kosmik Qüvvələrinin Baş Qərargah rəisi general Bredli Çens Zaltsman bildirib.

Təhlükəsizlik konfransında çıxış edərkən o, ABŞ Konqresinin əsasən kosmosa əsaslanan raketdən müdafiə sistemi üçün planlaşdırdığı 542 milyard dollarlıq büdcənin kifayət etməyəcəyini açıq şəkildə bəyan edib.

“Əlavə maliyyəyə ehtiyac olacaq”, - general söyləyib.

O qeyd edib ki, proqrama Çin və Rusiya kimi rəqiblərin hipersəs raketlərini və digər mürəkkəb təhdidlərini aşkar etmək, izləmək və məhv etmək üçün nəzərdə tutulmuş aşağı və orta Yer orbitində peyk arxitekturasının yaradılması daxildir.

Zaltsmanın sözlərinə görə, “Qızıl qübbə”nin yaradılması proqramı hələlik işlənmə mərhələsindədir. Onun sözlərinə görə, baza planı tamamlandıqdan sonra o, Ağ Evin təsdiqi üçün müdafiə naziri Pit Heqsetə təqdim olunacaq.

17.05.2025 13:59
119

(MGID): :
OXŞAR XƏBƏRLƏR