64e7382d28114202308235957
Abşeronda ailə facəsi - Arvadını öldürüb polisə təslim oldu

Avqustun 24-də 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü İsaqova Səkinəxanım Vaqif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

  

Panarama.az Sfera.az-a istinadən bildirilib ki, DİN-in mətbuat xidmətindən cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı, 1995-ci il təvəllüdlü Musayev Elnur Nurəli oğlu könüllü polisə gələrək təslim olub. O, saxlanılıb.


Araşdırma aparılır.

24.08.2023 14:56
176

(MGID): :
OXŞAR XƏBƏRLƏR