Abşeron rayonunda gənc qız intihar edib.
Panarama.az Sfera.az-a istinadən bildirir ki, hadisə bu gün rayonun Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, bina 41-də qeydə alınıb.
Belə ki, 16-17 yaşlı qız yaşayış binasından özünü ataraq öldürüb.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
İlkin məlumata görə, gənc qızın həmin binada yaşamadığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.(Report)