667c4f22908cb202406242554
AÇ-2024:Rumıniya Slovakiyaya, Belçika Ukraynaya qarşı- YENİLƏNİR

Almaniyada təşkil olunan Avropa çempionatında bu gün qrup mərhələsinin oyunlarına yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, E və F qruplarında keçiriləcək III turun son görüşlərindən sonra bütün 1/8 finalçılar bəlli olacaq.

E qrupunun görüşləri saat 20:00-da başlayacaq. Slovakiya və Rumniya Frankfurtda, Belçika və Ukrayna isə Ştutqart şəhərində üz-üzə gələcəklər.

F qrupuna gəlincə, Hamburq şəhərində Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. İkinci pillədə qərarlaşan Türkiyə millisi 3, Çexiya isə 1 xala malikdir. Qrupun paralel keçiriləcək digər görüşündə Portuqaliya Gürcüstan millisini sınağa çəkəcək. Portuqaliya artıq 1/8-ə vəsiqəni təmin edib.


AÇ-2024
III tur
26 iyun

E qrupu 


 Slovakiya - Rumıniya 1:1 (2-ci hissə)
Qol: Duda, 24 - Marin, 37-pen.


Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.


Ukrayna - Belçika 0:0 (2-ci hissə)
Baş hakim: Entoni Teylor (İngiltərə).


Ştutqart, "MHP Arena".


Xal durumu: Rumıniya - 3, Belçika - 3, Slovakiya - 3, Ukrayna - 3. 


F qrupu


23:00. Çexiya - Türkiyə
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq, “Folksparkştadion".


23:00. Gürcüstan - Portuqaliya
Baş hakim: Sandro Şörer (İsveçrə).


Helzenkirhen, "Feltins Arena".


Xal durumu: Portuqaliya - 6, Türkiyə - 3, Çexiya - 1, Gürcüstan - 1. 


Qeyd edək ki, Avropa çempioantına iyulun 14-də yekun vurulacaq.

26.06.2024 21:24
129

(MGID): :
OXŞAR XƏBƏRLƏR