Ac qarına kişmiş yeməyin FAYDALARI
Hər kəsin istehlak etməyi sevdiyi şirin dadı ilə bilinən kişmişin sağlamlığa bilmədiyiniz faydaları var. Dərini yaxşılaşdıran və tez arıqlamağınıza kömək edən bu quru meyvəni acqarına istehlak etməyin faydaları bunlardır.
Antioksidantlarla zəngin olan kişmiş xüsusilə dəri sağlamlığına müsbət təsir göstərir. Orqanizm üçün faydalı qida qaynaqlarından biri olan kişmişin arıqlama prosesində yeməklərə daxil edilməsidə tövsiyə edilir.
Təzə üzümün qurudulması ilə əldə edilən kişmiş həm dadlıdır, həm də orqanizmimiz üçün çox faydalıdır. Mineral və vitamin mənbəyi olan üzüm orqanizmin ehtiyac duyduğu qidaları ödəyə bilir.
Bol lif mənbəyi sayəsində həzm sistemini müsbət şəkildə dəstəkləyir. Qəbizlik problemi olan insanlar üçün təsirlidir. Zəngin lif quruluşu ilə bağırsaqları yaxşılaşdırır. Mədə pozğunluqlarının düzəlməsində təsirlidir.
Ürək-damar xəstəliklərinin riskini azalda bilər. Tərkibindəki kalium və antioksidantlar qan təzyiqini tarazlayaraq ürək xəstəliklərinin qarşısını alır.
Bədənimiz üçün faydalı olan kişmişə dəri sağlamlığı üçün də üstünlük vermək olar. Təbii antioksidantlar sayəsində dərinin qocalma sürətini ləngidə bilir. Daha sağlam dəri üçün də müntəzəm olaraq istehlak edilə bilər.
Kişmiş şirin dadı olan ləzzətli qurudulmuş meyvədir. Tərkibindəki təbii şəkər dəri üçün təbii nəmləndirici xüsusiyyətə malikdir. Dərini nəmləndirmək üçün müxtəlif kosmetik vasitələrdən istifadə etmək yerinə kişmişlə daha yumşaq dəriyə sahib ola bilərsiniz.
Pəhriz planlarına daxil edilməli olan kişmiş qəlyanaltılar üçün əvəzolunmaz qida mənbəyidir. Tərkibindəki doymamış yağ sayəsində tox hiss etmək üçün qəlyanaltılar zamanı istehlak edə bilərsiniz. Bundan əlavə, kişmiş şirin istəklərinizin qarşısını ala bilər.
Üzümü müxtəlif qidalarla birləşdirərək istehlak edə bilərsiniz. Səhər yeməyinə bir boşqab yulaf əzməsi hazırlayıb kişmişlə birlikdə istehlak edə bilərsiniz. Yulaf əzməsi və kişmişin birləşməsi uzunmüddətli toxluq hissi verir.
Pəhriz proqramınızı salatlara kişmiş əlavə etməklə daha sağlam edə bilərsiniz. Salat və kişmişin birləşməsi immunitet sistemini gücləndirir və həzmi asanlaşdırmağa kömək edir.
Arıqlamaq istəyən insanların səhərlər acqarına kişmiş istehlak etməsi daha faydalı olardı. Bu şəkildə maddələr mübadiləsi və bağırsaqlar çox daha sürətli işləyir. Çəkiyə nəzarət etmək üçün kişmişi orta ölçüdə istehlak edə bilərsiniz.
Araşdırmalara görə, qara və sarı iki növdə olan kişmiş enerji anbarını doldurur. Xüsusilə məşq edən insanların performansını artırmaq üçün istehlak etmələri tövsiyə olunur.
Sümük sağlamlığını dəstəkləyən bu meyvənin tərkibində kalsium və dəmir mineralları var. Üzümün müntəzəm istehlakı bədəndə çatışmayan mineralları doldurmaq üçün daha faydalıdır./referans.az