65c13b0b2b985202402244619
Afaq Bəşirqızı səhhətindən danışdı (VİDEO)
Xalq artisti Afaq Bəşirqızının yeni görüntüsü müzakirələrə səbəb olub. 
Panarama.az axşam.az-a istinadən bildirir ki, toy məclislərinin birində lentə alınan videoda aktrisanın rəqs etməsi əks olunub. 
A.Bəşirqızının yeriməkdə çətinlik çəkməsi diqqətdən qaçmayıb. O, ətrafdakıların köməkliyi ilə ayağa qalxıb. Sosial şəbəkədə onun səhhətində problem olması müzakirə yaradıb. Aktrisa Axşam.az-a açıqlamasında ona səhhəti ilə bağlı ünvanlanan sualları cavablandırıb. O bildirib ki, səhhəti qaydasındadır:
"Hər şey yaxşıdır, heç bir problem yoxdur. Özümü çox yaxşı hiss edirəm, əlayam".
Qeyd edək ki, aktrisa bir müddət əvvəl xərçəngdən əziyyət çəkdiyini və əməliyyat olunduğunu açıqlamışdı. A.Bəşirqızı buna görə uzun illər səhnədən uzaq qalıb. 


05.02.2024 23:45
639

(MGID): :
OXŞAR XƏBƏRLƏR