65da571745367202402245239
Afət Fərmanqızı canlı yayımda Flora Kərimovanı təhqir etdi: Özü də 100 min…Ala…

Hazırda Rusiyada yaşayan müğənni Afət  Fərmanqızı Tik-tok hesabının canlı yayımında təhqiramiz ifadələr işlədib. 

Panarama.az Oxu24.com-a istinadən xəbər verir ki, müğənni açdığı canlı yayımda hazırda məhkəmə çəkişməsi olan Xalq artisti Flora Kərimovanı  “işverən” adlandırıb. 

O,bildirib ki, Flora  Kərimova ilə məhkəmə prosesi əvvəlcədən kimlərinsə sifarişi ilə hazırlanmış plandır. 

“İşverənlər birləşib məndən pul qopartmaq istəyir. Özü də 100 min…Ala…(Red-müğənni  canlı yayımda  söyüşü ifadə edən hərəkət  nümayiş  etdirib)”, deyərək müğənni bildirib. 

Afət  Fərmanqızı daha sonra bildirib ki, o gizli yolla avtomobili Azərbaycandan çıxarıb. 

“Orada yoldaşımı şərləyib tutdurdular. Daha sonra məndən pul qopartmağa çalışdılar. Sifarişi kim verdiyini bilirəm. Onların pulu və adamı güclüdür.

Mənə yalvarırdılar ki, bir dəfə məhkəməyə gedim. Ammagetmədim. Çünki orada məni davaya salıb, həbs etmək istəyirdilər. Bunu mənə Floranın yaxın rəfiqəsi bildirdi. Onların acığına Azərbaycana gəldim, avtomobilimi gizli yolla götürüb  çıxdım. Qaldılar yana-yana….” 

Müğənni bildirib ki, hazırda Rusiyada qazancı çox yaxşıdır. 

“Burada  məni  şərləyənlər  yoxdur. Qazancım da ordakından yaxşıdır. İldə bir ev almasam, yaşaya bilmərəm”,-deyə müğənni  bildirib.

25.02.2024 00:46
1887

(MGID): :
OXŞAR XƏBƏRLƏR