Bu gün Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirdiyi barədə redaksiyamız məlumat dərc etmişdi.
Daxili İşlər Nazirliyindən News24.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləndi.
Qeyd edək ki, yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
***
Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.
Panarama.az xəbər verir ki, bu barədə məlumatı news24.az saytı yayıb.
Yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.