66a0ab6711b96202407242111
Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin YENİ Görüntüləri - ViDEO

Xalq artisti Ağadadaş Ağayev balta ilə klinika mühafizəçisinə hücum etməsinin yeni görüntüləri yayılıb.

Panarama.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Videoda A.Ağayevin əlindəki baltanı atarkən xəsarət alan şəxsin görüntüləri əks olunub.

Qeyd edək ki, dünən Bakının Binəqədi rayonu ərazisində özəl klinikalarının birinin həyətində insident baş verib. Xalq artisti A.Ağayev balta ilə klinikanın həyətinə gələrək, mühafizəçi ilə əlbəyaxa davaya çıxıb. Hadisə zamanı klinikanın əməkdaşı olan qadın xəsarət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb./oxu.az 

Videonu təqdim edirik:


24.07.2024 11:17
861

(MGID): :
OXŞAR XƏBƏRLƏR