Ağcabədidə kişiyə qarşı zorakılıq hadisəsi baş verib.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Belə ki, kadrlarda iki nəfərin birləşərək bir şəxsə işgəncə verdiyi açıq şəkildə görülür. Onlar həmin şəxsi soyunduraraq şərəf və ləyaqətini alçaldıb və həmin anları lentlə alıblar.
Panarama.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hadisə qısqanclıq zəminində baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.