65f64204b1925202403240612
Ağdaşda ağır yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub - YENİLƏNİB - VİDEO - FOTOlar

Ağdaşda 3 yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Panarama.az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki "Ford" markalı yük maşını ilə "ATEGO" markalı yük avtomobili toqquşub.

Nəticədə Qarayev Yaşar Maarif oğlu, Qəbələ rayon sakinləri Əliyev Rəşad Ədalət oğlu və 1980-ci il təvəllüdlü Ağamədov Yasin Səriyər oğlu dünyasını dəyişib, 1989-cu il təvəllüdlü Ağəmədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda hüquq mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı araşdırma aparılır.

-------

00:13

Ağdaşda ağır yol qəzası baş verib, ölənlər var.

Panarama.az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 3 nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alıb.

Hazırda hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerindədirlər.

Hadisənin tam təfərrüatları barədə məlumat veriləcək.


17.03.2024 05:04
887

(MGID): :
OXŞAR XƏBƏRLƏR